“Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, beynəlxalq həyat yaşamasın.” “Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, beynəlxalq həyat yaşamasın.”

"Azərbaycançılıq deyəndə ilk növbədə Heydər Əliyevi nəzərdə tuturuq"- Nizami Cəfərov

“Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, beynəlxalq həyat yaşamasın.”

Bunu AzNews.az-a açıqlamasında Millət vəkili Nizami Cəfərov deyib. Onun sözlərinə görə, iqtisadiyyat, mədəniyyət, siyasət və idman sahələrinin inkişafı Heydər Əliyevin əvvəlcədən qoyduğu təməlin nəticəsidir:

Bir mühüm məqam var. Biz azərbaycançılıq deyəndə ilk növbədə Heydər Əliyevi nəzərdə tuturuq. Heydər Əliyev azərbaycançılıq ideologiyalarını həyata keçirib. Bu ideologiyalar işdə mövcuddur. Biz nə qədər bu ideologiyalara sadiq qalacayıq, onun tarixi şəxsiyyətini yüksəkliklərə qaldıracayıq, gələcəyə doğru inamla gedəcəyik.

Nizami Cəfərov qeyd edib ki, Heydər Əliyev yeganə şəxsiyyətdir ki, o, Azərbaycan xalqı tərəfindən hər gün xatırlanır və yad edilir: “Heydər Əliyev Azərbaycan xalqının həyatında, bu günkü uğurlarında və dövlətçiliyimizin inkişafında birbaşa iştirak edir:

Biz həmişə onun tövsiyyələri, qurduğu siyasətin davamı ilə gedirik. Fəxr edirik ki, bizim belə bir yolumuz var. Bu yol inkişafa və humanizmə və azərbaycanı bütün dünyada tanınmasına aparır.

AzNews.az