Yazıçı "Prezident təqaüdü"ndən və "Xalq yazıçısı" adından məhrum edildi Yazıçı "Prezident təqaüdü"ndən və "Xalq yazıçısı" adından məhrum edildi

Prezident Əkrəm Əylisli haqda sərəncam verdi

Yazıçı "Prezident təqaüdü"ndən və "Xalq yazıçısı" adından məhrum edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 349) 1-ci hissəsinin "Naibov Əkrəm Nəcəf oğlu" bəndi ləğv edilsin".


AzNews.az