08:47
(077) 610-22-33

“Ermənistan mediasının nümayəndələri öz səviyyələrini göstərdilər” - XİN

  • >
1 791 11 May 2017 12:43 | Siyasət

Ermənilər ATƏT-in "Saxta xəbərlər, dezinformasiya və KİV azadlığı" mövzusunda Tiflisdə keçirilən illik konfransında təxribat törətməyə cəhd göstəriblər.

"Report" xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tədbirdə çıxış edən zaman əksəriyyəti dövlət rəsmilərindən ibarət olan Ermənistan nümayəndə heyətinin üzvləri buna mane olmağa çalışıblar.

H.Hacıyev bildirib ki, konfrasnda Azərbaycanın bu sahədə olan təcrübəsini bölüşüb.

"Tədbirdə, mən xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində ermənilərin apardıqları dezinformasiya və təbliğat kampaniyaları haqqında danışdım. Eyni zamanda bu konteksdə erməni lobbisinin roluna və beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları və bunun geniş xarakter almasına toxundum. Həmçinin dezinformasiya və saxta təbliğat kampaniyalarının qarşısının alınması üçün milli səviyyədə Azərbaycan hökumətinin gördüyü işlərdən və tədbirlərdən bəhs etdim", - deyə Azərbaycan XİN sözçüsü bildirib.

Erməni mətbuatında guya H.Hacıyevin tədbirdə çıxışının uğursuz və sona qədər çatdıra bilmədiyi, ermənilərin ona etiraz etdiyi barədə yayılan xəbərləri şərh edən H.Hacıyev deyib ki, bu, ermənilərin saxta xəbərlər və dezinformasiya ilə məşğul olmalarının növbəti nümunəsidir: "Təəssüflər olsun ki, erməni tərəfi bu dəfə də etik davranış qaydalarından nə qədər uzaq olduqlarını göstərdilər. Ermənistanın dövlət məmurları, Ermənistan Prezidenti Administrasiyasının, XİN-in və mediasının nümayəndələri öz səviyyələrini göstərdilər. Onlar çox aqressiv, kobud şəkildə prosesə müdaxilə etmək istəyirdilər, amma biz prosesi, çıxışımızı axıra qədər davam etdirdik və auditoriyanın çoxsaylı suallara cavab verdik".

AzNews.az

Bağla X