20:39
(077) 610-22-33

Şimali Koreya ABŞ-la danışıqlara getməyə hazırdır

  • >
2 599 13 May 2017 13:24 | Siyasət

Rəsmi Vaşinqton bu danışıqlara razılıq verəcəkmi?

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya danışıqların baş tutması üçün uyğun şəraiti gözləyir. Şimali Koreyadan olan ali diplomat Amerika hökumətinin sabiq dövlət rəsmisi ilə Norveçdə baş tutan görüşündən sonra belə bir açıqlama verib. Koreyalı diplomat bildirib ki, rəsmi Pxenyanla Vaşinqton arasında ikitərəfli görüşlərin keçirilməsi mümkündür.

Lakin ekspertlər hesab edir ki, Amerikanın danışıqlar kürsüsünə oturması üçün Pxenyan ən azından nüvə proqramını məhdudlaşdırmağa razılıq verməlidir.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşdən şərəf duyacağını demişdi.

Həmçinin, Cənubi Koreya prezidenti Mun Cein də şimal qonşularını ziyarət etmək istədiyini açıqlamışdı.

Liderlərin bu açıqlamaları Şimali Koreyanın nüvə ambisiyaları ətrafında yaranmış gərginlik fonunda səslənib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Koreya yarımadası ətrafında hərbi fəallığı ilə əlaqədar bölgədə gərginlik son günlərdə daha da şiddətlənmişdi.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X