ATƏT-in Yerevan ofisinin bağlanması Ermənistanda və ermənipərəst qüvvələrdə müəyyən narahatlıq yaradıb. ATƏT-in Yerevan ofisinin bağlanması Ermənistanda və ermənipərəst qüvvələrdə müəyyən narahatlıq yaradıb.

“ATƏT-in Yerevan ofisinin bağlanması “konsensus minus bir” ideyasını aktuallaşdırır” - Mübariz Əhmədoğlu

ATƏT-in Yerevan ofisinin bağlanması Ermənistanda və ermənipərəst qüvvələrdə müəyyən narahatlıq yaradıb.

ATƏT-in Yerevan ofisinin bağlanması birdən-birə baş verməyib:

I. ATƏT bütün strukturları ilə Dağlıq Qarabağ tənzimlənməsində Ermənistana yardımçı mövqedə idi.

II. ATƏT MQ tənzimlənməni bir kənara qoyub Ermənistanın imitasiyasına şərait yaratmaqla, başqa sözlə status-kvonu möhkəmlətməklə məşğul idi.

III. ATƏT-in Yerevan ofisi Ermənistan üçün mühüm maliyyə mənbələrindən birinə çevrilmişdi.

IV. Bu ofis son 10 ildə dolayısı və ya birbaşa Dağlıq Qarabağ tənzimlənməsinin hərbi aspektlərinə təsir edə biləcək layihələr reallaşdırırdı.

V. Son 10 ilin böyük əksər hissəsini ATƏT-in Yerevan ofisinə milliyyətcə erməni olan RF vətəndaşları başçılıq edib.

VI. ATƏT-in Bakı ofisi əcaib səbəblə bağlandı. ATƏT-in Bakı ofisinin rəhbəri Fransa vətəndaşı, milliyyətcə azərbaycanlı A. Şahtaxtinski etimadnaməsini təqdim edərkən prezident İ.Əliyevlə şəkil çəkdirmişdi. Bu Azərbaycanda etimadnaməsini təqdim edən səfirlərlə prosedur qaydaya çevrilib. A. Şahtaxtinskinin prezident İ.Əliyevlə şəkil çəkdirməsi ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayernin xoşuna gəlməmişdi. Amma ATƏT-in Yerevan ofisinin başçısı Andrey Sorokin səlahiyyətlərini başa vurarkən Ermənistan prezidentinin evində prezidentin xanımı R.Sərkisyanla xeyriyyə konsertinin sponsorluq və aranjemanıq məsələlərini müzakirə etməsindən ötrü ABŞ-ın ATƏT-dəki səfiri D.Bayerdən yəqin ki, minnətdarlıq alıb.

Baş verənlər daha irəli getməyi tələb edir. Əks təqdirdə ATƏT-in Bakıda ofisi olmadığı kimi Yerevanda da ofisi olmayacaq. Ermənistan XİN regionda ATƏT-in ofisinin yalnız Yerevanda olması ilə iki dəfə lovğalanmışdı. Beləliklə, Yerevan öyünc və maliyyə mənbələrinin birindən məhrum olacaq.

ATƏT-in ən böyük problemi qərarların konsensusla qəbul edilməsidir. Ermənistan bu vaxtadək bundan sui-istifadə edib. İndi Azərbaycan da ATƏT-in konsensus mexanizmini öz xeyrinə işlətməyə başlayıb. Belə halda ən yaxşı variant “konsensus -1” prinsipinin tətbiqidir. Konsensusologiyada (xüsusilə elmi araşdırmaların sistemləşdirilməsində və sosiologiyada) “-1” və ya “-2” prinsipləri geniş tətbiq edilir. İndi bu mexanizmləri ATƏT-ə gətirmək lazımdır. O zaman ATƏT-in Minsk Qrupunun tənzimlənmədə fəallığı artacaq. Ermənistan üçün ATƏT MQ alternativsiz vasitəçilik missiyası olmayacaq. Beləliklə qısa müddət ərzində regionda sülh, sabitlik və inkişaf başlayacaq. Çünki Dağlıq Qarabağ problemi həllini tapacaq.

Mübariz Əhmədoğlu

AzNews.az