Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır.

“ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil” - Millət vəkili

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, bu Rusiya hökumətinin mövqeyi deyil, müəyyən dairələrin məqsədli sifarişidir:

"Bu, Azərbaycana qarşı növbəti təzyiq addımıdır".

E.Məmmədov bildirib ki, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onlar bu ölkənin müxtəlif təbəqələrində təmsil olunurlar:

"Həmin azərbaycanlılar Rusiyada kifayət qədər nüfuza və gücə malikdirlər. Konqresin ləğvi Azərbaycanla Rusiya arasındakı münasibətlərə mənfi təsir edə bilər".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

AzNews.az