15:08
(077) 610-22-33

İlham Əliyev Malkolm Honlaynla görüşdü

  • >
2 223 16 May 2017 19:15 | Siyasət

Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn Heydər Əliyevlə görüşünü və onunla apardığı çox maraqlı söhbəti məmnunluqla xatırlayıb.

M. Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyev M. Honlaynın ölkəmizə böyük nümayəndə heyəti ilə bundan əvvəlki səfəri zamanı onunla görüşünü xatırlayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın yəhudi icması ölkəmizdə digər xalqların nümayəndələri ilə birlikdə dinc və əmin-amanlıq şəraitində yaşayır.

Söhbət zamanı Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan olunması, hazırda Bakıda İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi və yüksək səviyyədə təşkil edilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə ölkəmizin töhfəsi kimi dəyərləndirilib, Azərbaycanda multikulturalizm mühitinin təmin olunmasının əhəmiyyətindən danışılıb və bu istiqamətdə görülən tədbirlərin maraqla izlənildiyi qeyd olunub.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Top xəbərlər
Bağla X