Onun haqqında prezidentlik dövründən başqa heç bir yadda qalan hadisə olmayıb desək, yəqin ki yanılmarıq. Belə ki, Medvedev heç vaxt müstəqil fiqur olmayıb. Nə biznes, nə siyasət nə də digər sahələrdə... Onun haqqında prezidentlik dövründən başqa heç bir yadda qalan hadisə olmayıb desək, yəqin ki yanılmarıq. Belə ki, Medvedev heç vaxt müstəqil fiqur olmayıb. Nə biznes, nə siyasət nə də digər sahələrdə...

“Apple“ həvəskarı Dmitri Medvedev

Onun haqqında prezidentlik dövründən başqa heç bir yadda qalan hadisə olmayıb desək, yəqin ki yanılmarıq. Belə ki, Medvedev heç vaxt müstəqil fiqur olmayıb. Nə biznes, nə siyasət nə də digər sahələrdə...



Bəzən yoxa çıxırmış...

1965-ci il 14 sentyabrda Rusiyanın Sankt Peterburq şəhərində anadan olub. Ailənin yeganə övladı olan Medvedevi ibtidai sinif müəllimi belə xatırlayır: "O, çox yaxşı şagird olub. Həmyaşıdlarındana fərqli olaraq, mən heç vaxt onda nöqsan tapmamışam".

Sankt Peterburqdakı qonşuları da onun çox tərbiyəli və sakit, qonşudakı ahıl insanlara kömək edən bir uşaq kimi xatırlayırlar.
1973-cü ildə məktəbə gedib. Dostlarının və sinif yoldaşları Dimanın çox ağıllı olması ilə fəxr edirlər. Onların sözlərinə görə, Dimanın ən çox sevdiyi fənn riyaziyyat olub. "O təkcə riyaziyyatı deyil, bizim riyaziyyat müəlliməmizi də çox sevirdi. Hətta onun hərəkətlərini təkrar da edirdi"
Riyaziyyatla yanaşı digər fənlərə də marağı az olmayıb. Medvedev hətta idmanın turnikdə dartınma növü üzrə məktəblərarası yarışmada çempion olub.
Çox ağıllı və səliqəli şagird olmaqla yanaşı, qəribə xasiyyətlərinin də olmasını heç kim unutmayıb. Dostlarının sözlərinə görə, bəzən Dima yoxa çıxar, heç kimlə oynamaz və uzun müddət özünə qapanardı.
Dmitri Medvedev elə gələcək həyat yoldaşı ilə də həmin məktəbdə tanış olur.
Svetlana Linnik hərbiçi ailəsindən olub. Ciddi və qızlarına qarşı sərt bir ailədə böyüməsinə baxmayaraq, Linniklər ailəsi Dimanı həmişə yüksək qiymətləndiriblər. Dimanın yaxın bir dostunun sözünə görə, ilk dəfə onu yolda qızla görəndə hətta gözlərinə inanmayıb və səhəri gün məktəbdə onu ələ salmağa başlayıblar. Heç kim Dimanın o yaşda bir qıza qarşı bu qədər ciddi fikirlərinin olması fikrinə ciddi yanaşmayıb..
Məktəbi bitirən Dmtri 1983-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakultəsinə daxil olur. Universiteti qırmızı diplomla bitirən gələcək prezident, 1990-cı ildə həmin universitetin aspirantı olur.

Hobbisi

Dmitri Medvedev hələ gənc yaşlarına Hard Rock-la maraqlanır. Deep Purple, Black Sabbath və Led Zeppelin kimi qrupların mahnıları ən çox dinlədikləri arasındadır. Şahmat və idman da sevdiyi məşğuliyyətlərindəndir.
Onun sözlərinə görə, tələbə vaxtı işləməyin necə bir şey olduğunu yoxlamaq üçün bir müddət xəstəxanaların birində gözətçi işləyib. Özünün dediyinə görə, ən sevdiyi avadanlıqlar Apple şirkətinin məhsullarıdır.

Şəxsi həyatı

Dmitri Medvedev evlidir və İlya adında bir oğlu var.
Eks prezidentin ilk telefonu həyat yoldaşı tərəfindən hədiyyə edilən Siemens A35 markalı telefon olub.

Mənfi və müsbət tərəfləri

İş yoldaşları və dostlarının sözlərinə görə, Medvedevin ən çatışmayan xüsusiyyəti onun başqalarının fikri ilə oturub-durmasıdır. Ən müsbət cəhəti isə, başqalarından fərqli olaraq qeyri-adi, kreativ fikirlər, ideyalar verməsi və işə məsuliyyətli yanaşmasıdır.
Siyasi fəaliyyəti
1990-1997-ci illərdə Sankt Peterburq Dövlət Universitetində müəllim kimi çalışıb. Eyni zamanda şəhər merinin daxili işlər üzrə ekspert köməkçisi vəzifəsində çalışıb. Çoxları onun hələ o dövrdən Vladimir Putinin köməkçisi olduğu barədə danışsalar da, onu heç vaxt ciddi qəbul etməyiblər. Köhnə iş yoldaşlarının sözlərinə görə, Medvedev heç vaxt müstəqil və qərarları özü verən adam olmayıb.
Politoloq Aleksey Muxinin sözlərinə görə, 1992-ci ildə meriyanın işləri arşdırılanda Putinin vəzifədən uzaqlaşdırılma faizi yüksək olub və həmin dövrdə Putininin vəzifəsini qoruyub saxlamağa kömək edən yeganə insan məhz Medvedev olub. Muxinin sözlərinə görə, Putin-Medvedev dostluğunun başlanğıcı elə həmin hadisədən sonra başlayıb.
2000-ci ildə Vladimir Putinin prezident seçilməsindən sonra Medvedev Prezident Administrasiyasında birinci müavin vəzifəsini yerinə yetirməyə başlayır.
2003-cü ilin noyabr ayından 2005-ci ilədək Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.
2005-ci ilin noyabrında D.Medvedyev baş nazirin birinci müavini təyin olunur.
2007-ci il dekabr ayının 10-da "Yedinaya Rosiya" partiyasından prezidentliyə namizədliyini irəli sürülən Dmitri Medvedyevin namizədliyini digər bir neçə partiya da dəstəkləyib. Bundan sonra Prezident V.Putin də onun namizədliyini dəstəklədiyini bildirir.
D.Medvedyevin prezidentliyə namizədliyi keçmiş Yeltsin komandasının üzvlərinin və Putinin maraqları ilə üst-üstə düşürdü.
2008-ci ilin mart ayında keçirilən prezident seçkilərində Rusiya Federasiyasının növbəti, üçüncü Prezidenti seçilir. 2008-ci il may ayında onun andiçmə mərasimi keçirilir.
Prezidentliyi dövründə ən yadda qalan hadisə Gürcüstanla aparılan müharibə olub. Aparılan sorğuya görə, Rusiya xalqı Medvedevin 4 il prezidentliyinin fərqində olmayıblar.
Politoloqlarla yanaşı sadə xalqın da fikrinə görə, Medveden Putinin siyasi fiquru olub. 2012-ci ildə seçkilərdə iştirak etməyərək Putinin əvvəlki yerini ona verməklə prezidentlik dövrünü başa çatdırmış olur.

Hazırda Dmitri Medvedev Rusiyanın baş naziri vəzifəsində çalışır.

Aynur Hüseynova
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description