18:21
(077) 610-22-33

“Biz neftdən əldə edilmiş gəlirləri...” - Prezident

  • >
2 923 18 May 2017 14:31 | Siyasət

“Bu gün Azərbaycanın həyatında çox əlamətdar gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik”.

AzNews.az xəbər verir ki, bunu bu gün prezident İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində bildirib.

Prezident bildirib ki, bu Azərbaycan neft sənayesində çox tarixi hadisədir: “Çünki bugünə qədər Azərbaycanda bu boyda qazma qurğusu tikilməyib. Bu qurğunun inşasında iştirak edənlərin əksəriyyəti Azərbaycan vətəndaşıdır. Azərbaycana investisiyalar xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya isə Azərbaycan dövləti tərəfindən investisiya qoyulub. Biz neftdən əldə edilmiş gəlirləri o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir”.

Bağla X