Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması barədə qərar Finlandiya azərbaycanlılarını da ciddi narahat edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması barədə qərar Finlandiya azərbaycanlılarını da ciddi narahat edir.

Azərbaycan və rus xalqlarının əsrlərdir davam edən dostluğuna xələl gəlməməlidir

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması barədə qərar Finlandiya azərbaycanlılarını da ciddi narahat edir.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Finlandiyada fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə ən yüksək səviyyədə olub və bu əməkdaşlıq bütün sahələri əhatə edib.

“Azərbaycanda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu ölkədə yaşayan rusların bütün hüquqları təmin edilib. Azərbaycanın Rus İcması, Azərbaycan Rus Gənclər Assosiasiyası, Rus Mədəniyyət Mərkəzi kimi ictimai təşkilatlar uğurla fəaliyyət göstərir. Regionlarda etnik rusların artıq iki yüz ildir yığcam yaşadıqları kəndlər var. Azərbaycanda yaşayan bütün xalqlara tolerant münasibət fonunda Rusiya azərbaycanlılarını birləşdirən təşkilatın ləğv olunması barədə qərarı ədalətsiz hesab edirik”, - deyə Dostluq Cəmiyyətinin rəhbəri qeyd edib.