İranda keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb. İranda keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb.

Prezident seçkilərində Həsən Ruhani qalib gəlib - İran DİN

İranda keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb.

AzNews.az xəbər verir ki, İranın daxili işlər naziri Əbdürrza Rəhmani qeyd edib ki, səsvermənin nəticələrinə görə, hazırkı prezident Həsən Ruhani səslərin 57 faizini (23 549 616 səs) toplayaraq ikinci dəfə İranın prezidenti seçilib. İranda keçirilən prezident seçkilərində ümumilikdə 41 220 131 nəfər səs verib.

Ruhani ilə yanaşı, prezidentliyə daha üç nəfər namizəd olub. Lakin, onun əsas rəqibi İbrahim Rəisi olub, o da səslərin 38.5 faizini (15 786 449 səs) toplayıb.

Keçmiş vitse-prezident Mustafa Haşimitəba 400 min səs toplayıb. Digər namizəd Mustafa Mirsəlim isə 215 min səs toplayıb.

Əhalinin 56 milyon nəfərinin səsvermə hüququ olub.

AzNews.az