14:21
(077) 610-22-33

“Ermənistan tərəfinin uşaq kimi sevinməyi başa düşülən deyil” - XİN

  • >
1 040 20 May 20:13 | Siyasət

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda qeyri-sabit status-kvonun dəyişdirilməsi ilə bağlı substantiv danışıqların davam etdirilməsinə çağırmalıdır.

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev "Twitter" səhifəsində Azrəbaycan-Ermənistan təmas xəttindəki son hadisələrlə bağlı ATƏT Minsk qrupunun həmsədrlərinin bəyanatına şərhində yazıb.

XİN rəsmisinin şərhində deyilir: "Həmsədrlərin standart bəyanatına Ermənistan tərəfinin uşaq kimi sevinməyi başa düşülən deyil. Hamıya yaxşı məlumdur ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq. Atəşkəs həll deyil və ola da bilməz. Davamlı sülh üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından öz qoşunlarını çıxarmalıdır. ATƏT Minsk qrupu Dağlıq Qarabağda qeyri-sabit status-kvonun dəyişdirilməsi ilə bağlı substantiv danışıqların davam etdirilməsinə çağırmalıdır".

H.Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında qeyri-leqal mövcudluğu atəşkəsin pozulmasının və gərginliyin əsas səbəbidir.

AzNews.az

Bağla X