İranda 57 faiz səs çoxluğu ilə ikinci dəfə prezident seçilən Həsən Ruhani televiziya vasitəsi ilə xalqa müraciət edib. İranda 57 faiz səs çoxluğu ilə ikinci dəfə prezident seçilən Həsən Ruhani televiziya vasitəsi ilə xalqa müraciət edib.

Ruhani xalqa müraciət etdi

İranda 57 faiz səs çoxluğu ilə ikinci dəfə prezident seçilən Həsən Ruhani televiziya vasitəsi ilə xalqa müraciət edib.

AzNews.az xəbər verir ki, İran televiziyası ilə ikinci dəfə prezident seçildikdən sonra ilk açıqlamasını verən prezident Həsən Ruhani "İran xalqı radikalçılıq və şiddəti deyil dünya ilə anlaşma yolunu seçdi"-deyə qeyd edib.

Prezident seçkilərin başa çatdığını bildirib: “Mən bu millətin prezidentiyəm, mənə, eləcə də siyasətimə qarşı çıxanlar daxil hər bir iranlının köməyinə ehtiyacım var”.

Siyasətçi “Twitter”dən də xalqa səslənərək “Böyük İran xalqı, bu seçkinin qalibi sizsiniz”-deyə bildirib.