Braziliya prezidenti Mişel Temer Ali Məhkəməni onun yayılan səs yazısını araşdırmasına və bu açılan istintaq işinin ləğv edilməsinə çağırıb. Braziliya prezidenti Mişel Temer Ali Məhkəməni onun yayılan səs yazısını araşdırmasına və bu açılan istintaq işinin ləğv edilməsinə çağırıb.

Braziliya prezidenti korrupsiyada ittiham olunduğu səs yazısını montaj adlandırdı

Braziliya prezidenti Mişel Temer Ali Məhkəməni onun yayılan səs yazısını araşdırmasına və bu açılan istintaq işinin ləğv edilməsinə çağırıb.

AzNews.az xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, korrupsiyada şübhəli bilinən prezident özü barəsində yayılan audio səs yazısının montaj olduğunu bildirib. Braziliya prezidentinin sözlərinə görə saxta səs qeydlərini düzəldənlər fırıdaqçılardır. Temer prezidentlik postundan getməyəcəyini qeyd edib:

"Mən ölkəni idarə etməyə davam edəcəm".

Braziliyalı sahibkarlar – Joesli və Uesli Batist qardaşları Federal Ali Məhkəməyə Mişel Temerlə bağlı səs yazısı veriblər. Səs qeydində Temer eks-prezident Dilma Russefin impiçmentinin təşəbbüskarı olan parlamentin alt palatasının keçmiş spikeri Eduard Kunyunu pulla “almağı” təklif edib. “Globo”nun məlumatına görə, pullar Kunyunun susması üçün təklif olunub. Temer isə Kunyu ilə rüşvət söhbətini təkzib edib.