07:16
(077) 610-22-33

Partiyalardan Samir Şərifova ETİRAZ: “Bizim pulumuz var?”

  • >
377 8 Fevral 2013 13:59 | Siyasət

Öz maliyyə mənbələrini açıqlamayan partiyaların cərimələnəcəyi məsələsinə partiyaların münasibəti gecikməyib. Modern.az bir neçə partiya arasında bununla bağlı sorğu aparıb.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib ki, onların maliyyə mənbəyi yoxdur. Bu üzdən narahat olmağa dəyməz.

"Bununla bağlı qanun var və buna uyğun da hərəkət edəcəyik. Sadəcə olaraq, Müsavat Partiyasının üzvlük haqqından başqa, heç bir yerdən gəlir mənbəyi yoxdur. Buna görə də heç bir narahatlığımız yoxdur. Bu haqda cəmiyyətə yanlış məlumat verən YAP narahat olsun".

AXCP sədr müavini Fuad Qəhrəmanlının fikrincə, bu partiyalara növbəti təzyiq vasitəsidir və bir növ bunu qanuniləşdirirlər.

"Bu qərar siyasi partiyalara təzyiqlər üçün hüquqi baza yaratmaq məqsədi daşıyır. Partiyaların fəaliyyətini əngəlləmək üçün indi də belə bir qərar qəbul olunur. Amma bunun praktiki təsir göstərəcəyinə inanmıram. Çünki müxalifət partiyaları, o cümlədən mənim təmsil etdiyim AXCP maliyyə olmadan fəaliyyət göstərir. Partiyanın fəaliyyəti maliyyə vəsaitlərinə əsaslanmır. Könüllülük prinsipi əsasında qurulur. İanələr də toplanmır. Sadəcə olaraq, hər hansı işin həyata keçirilməsi məsələn, bir mətnin çapı və tərcüməsi zamanı partiyanın üzvləri tərəfindən həmin xərc qarşılanır. Bu qanun daha çox hakimiyyətin əlində bir bəhanədir". Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın cavabı belə olub: "Bu, partiyalara təzyiqin yeni formasıdır. Hər bir halda yolverilməzdir. Düşünürəm ki, məsələyə bu cür yanaşmaq ölkədə siyasi partiyaların rolunun azalmasına xidmət edəcək".

AzNews.az
Bağla X