13:20
(077) 610-22-33

“Ermənistan rəhbərliyinin bəsit düşüncəsi xəstə təxəyyülün məhsuludur” - Oqtay Əsədov

  • >
1 412 22 May 2017 12:48 | Siyasət

“Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə əlaqədar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının 25-ci zirvə toplantısında iştirak edə bilmir. Prezident İlham Əliyev buna görə çox təəssüf edir və toplantıya qatılan ölkələrə öz salamlarını və xoş arzularını çatdırır”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dövlət və hökumət başçılarının 25-ci zirvə toplantısında çıxışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

O. Əsədov bildirib ki, 25 il öncə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlər arasında uzunmüddətli, sıx əməkdaşlığa rəvac məqsədilə maliyyə, institusional çərçivədə yaradılıb: “Kədərli haldır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yarandığı gündən ötən dövr ərzində regionumuz daha təhlükəli olub, yeni münaqişələr yaranıb və bölgənin inkişaf perspektivləri ciddi təhlükə altına düşüb. İnsan faciələri artmaqdadır, regionda törədilən vəhşiliklər, insan qəddarlığının miqyası bir çoxlarının təsəvvürlərini alt-üst edib. Bununla belə, azərbaycanlılar, xüsusilə bir milyondan çox qaçqın və köçkün üçün bütün bunlar heç də yenilik deyil”.

O. Əsədov əlavə edib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalını davam etdirməklə regionda təhlükəsizliyi və sabitliyi pozur. O qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bütövlükdə regional əməkdaşlığa mane olur: “Təəssüf ki, bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 illiyini elə bir üzv ölkə ilə qeyd edir ki, həmin ölkə özünün zərərli ideologiyasından hələ də əl çəkmir, bu gün də dözümsüzlük və zorakılıq tətbiq edir. Bu ideologiya həmin ölkənin monoetnik ölkəyə çevrilməsi ilə yanaşı, onu və regionu inkişaf imkanlarından məhrum edir. Hələ də Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını açıq tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsinə tabe olmaqdan imtina edir. Buna görə də, hər kəsi əmin etmək istərdim ki, güc tətbiqinin mehriban qonşuluğa gətirib çıxara biləcəyi barədə Ermənistan rəhbərliyinin bəsit düşüncəsi sadəcə, xəstə təxəyyülün məhsuludur. Şübhə yoxdur ki, Azərbaycan beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü tam bərpa edəcək”.

AzNews.az

Bağla X