Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb. Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Britaniyadakı terrorda ölənlər arasında azərbaycanlı var? - Rəsmi açıqlama

Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Bu barədə AzNews.az-a XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən bildirib.

O qeyd edib ki, amma məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək.

İngiltərənin Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konsertindən sonra baş vermiş hadisə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. 50-dən çox insanın isə yaralandığı qeyd olunur. Ölənlər arasında azyaşlı uşaqların da olduğu bildirilir.