Azərbaycan prezidenti İlham Əliyev İordaniya kralı II Abdullah ibn Al Hüseyni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Azərbaycan prezidenti İlham Əliyev İordaniya kralı II Abdullah ibn Al Hüseyni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

İlham Əliyev İordaniya kralını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev İordaniya kralı II Abdullah ibn Al Hüseyni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət, əziz qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”.