20:16
(077) 610-22-33

Azərbaycanın peyki Gürcüstan, Qırğızıstan və Moldovaya xidmət göstərəcək

  • >
1 225 24 May 2017 20:08 | Siyasət

Azərbaycanın “Azərkosmos” ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ““Azersky” İstifadəçilər qrupu” layihəsini işə salıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək.

İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilər. “Azərkosmos” seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək.

Bağla X