Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirib. Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirib.

Kubada Azərbaycanın müstəqillik günü qeyd edildi

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirib.

AzNews.az “Modern.az”a istinadən xəbər verir ki, tədbirdə Kubanın Xarici İşlər Nazirliyinin rəsmiləri, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kubanın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsi, Milli Asambleyası, hökumət qurumlarının rəsmiləri və yerli mətbuattəmsilçiləri iştirak ediblər.

Bayram tədbiri Kuba və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Azərbaycan Demokratik Respublikasının tarixi və əldə etdiyi nailiyyətlərdən bəhs edib. Ölkəmizin dövlətçilik tarixində ADR-in silinməz iz buraxdığını bildirib.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini elan edərək, yenidən dünya birliyinin tam və bərabər hüquqlu üzvü olduğu diqqətə çatdırılıb.

C.Salehov müstəqilliyimizin ilk illərində Azərbaycanın böyük sınaqlardan keçdiyi haqda məlumat verib.

Və qeyd edib ki, yalnız dövlət xadimi Heydər Əliyevin tarixi fəaliyyəti və xidmətləri sayəsində Azərbaycanın suverenliyini qoruyub saxlamaq və ölkəmizin davamlı inkişafını təmin etmək mümkün olub.

C.Salehov Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin nəticələrindən bəhs edərək, bu təcavüz nəticəsində Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin indiyədək işğal altında saxlandığı və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Diplomat, ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa ediləcəyinə xalqımızın əmin olduğunu diqqətə çatdırıb. Bu xüsusda, münaqişənin beynəxalq hüququn norma və prinsiplərinə əsasən həll edilməsi üçün Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyət, xüsusən dost ölkələr tərəfindən birmənalı dəstəklənməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbcaycanın beynəlxalq əlaqələrində Kubanın və bütün Kuba xalqının əhəmiyyətli yeri olduğu bildirilib və ölkəmizin Latın Amerikasında ilk diplomatik ofisinin 2007-ci ildə məhz Kubada açılmasının da təsadüfi olmadığı qeyd edilib.

Tədbirdə çıxış etmiş Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin Avropa idarəsinin rəisi Qladis Elena Ayllon Respublika Günü münasibəti ilə təmsil etdiyi təşkilat adından Azərbaycan səfirliyinə təbriklərini çatdırıb. 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edildiyini vurğulayıb.

Qladis Elena ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixindən və hazırda əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqla bəhs edib.

Eyni zamanda vurğulayıb ki, Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması ilə bağlı BMT çərçivəsində Azərbaycanın Kubaya verdiyi davamlı dəstəyə görə Kuba xalqı və hökuməti daim minnətdar olacaq.

Minlərlə kubalı gənclərin XX əsrin ikinci yarısında Azərbaycanın ali təhsil ocaqlarında təhsil aldığını diqqətə çatdıran Qladis Elena, həmin vətəndaşların hazırda Kubanın müxtəlif şəhərlərində yüksək səviyyəli mütəxəssis kimi çalışdıqlarını xatırladıb.

AzNews.az