09:13
(077) 610-22-33

“YAP seçkilərə müstəqil gedir”

  • >
416 9 Fevral 2013 10:10 | Siyasət

Mübariz Qurbanlı: “Əvvəlki illərdəki seçki taktikamız bu il daha təkmil formada özünü göstərəcək”



Bəzi iqtidaryönlü partiyalar seçkilər öncəsi aktiv fəaliyyətə keçiblər. Həmin partiyalar oktyabrda keçiriləcək prezident seçkilərə qədər koalisiya yaradıb YAP-a dəstək olacaqlar. Koalisiya yaratmaq fikrinin təşəbbüskarlarından biri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri vəzifəsindən istefa verərək siyasətdən getdiyini elan edən Məmməd Əlizadədir. Bu təşəbbüsə, artıq bir neçə partiya qoşulub.

Ancaq Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı AzNews.az-a YAP-ın seçkilərə koalisiya ilə getməyəcəyini deyib:

"YAP heç vaxt seçkilərə koalisiya ilə getməyib. Partiyamız seçkilərdə müstəqil iştirak edib. Kimsə koalisiya yaradırsa, yaratsın. YAP olaraq, prezidentliyə İlham Əliyevin namizədliyini dəstəkləyirik. Əvvəlki illərdəki seçki taktikamız bu il daha təkmil formada özünü göstərəcək".

M.Qurbanlı əlavə edib ki, hər hansı partiya qeydiyyatdan keçib, seçki kampaniyasına qoşulacaqsa, həmin partiya bizim siyasi rəqibimizdir.

İlkin
AzNews.az

Bağla X