05:55
(077) 610-22-33

NATO PA-nın komitə iclasında Dağlıq Qarabağ münaqişəsindən danışılıb

  • >
1 557 28 May 2017 12:13 | Siyasət

NATO Parlament Assambleyasının (PA) komitə iclasında Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan torpaqlarının işğal faktını bir daha diqqətə çatdırıb.

NATO PA-nın Tbilisidə keçirilən yaz sessiyası mayın 28-də işini komitə iclaslarında davam etdirib. Təhlükəsizliyin Mülki Ölçüləri Komitəsinin iclasında işğal olunmuş ərazilərdə Gürcüstanın strategiyası müzakirə olunub.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Ketevan Çixelaşvili, Gürcüstanda Avropa İttifaqının monitorinq missiyasının rəhbəri, səfir Kestutis Jankauskas çıxış edərək bu ölkənin ərazisindəki münaqişənin səbəb və nəticələri barədə məlumat verib, vəziyyətdən çıxış yolları barədə fikirlərini bölüşüblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iclasdakı çıxışında deyib ki, Gürcüstanın problemlərini yaxşı başa düşülür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Ziyafət Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü bir daha diqqətə çatdırıb. Bildirib ki, münaqişə bu günə qədər hələ də həllini tapmayıb.

Z.Əsgərovun Gürcüstanın bu münaqişələrin həlli ilə bağlı sualına cavabında K.Çixelaşvili deyib ki, ölkəsi bütün münaqişələrin sülh və dialoq yolu ilə həllinə tərəfdardır.

Sonra iclasda Abxaziya və Cənubi Osetiyada silahlı birləşmələrin formalaşdırılması, Ermənistanın silahlandırılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bağla X