Fevralın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə duman olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Fevralın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə duman olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur 15 dərəcəyə yüksələcək

Fevralın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə duman olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, cənub küləyi əsəcək, havanın temperaturu gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Fevralın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 10-da hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin qeydə alınacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.

Fevralın 11-də havanın əsasən yağmursuz, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Fevralın 10-u və 11-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

AzNews.az