- Köhnə - Siyasət
- 29 May 2017 13:05
- 2 978
Elmar Məmmədyarovun Macarıstana səfəri gözlənilir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ilin iyul ayında Macarıstana səfər edəcək.
AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslostski bildirib.
Səfirin sözlərinə görə, E. Məmmədyarov keçirəcək görüşlər zamanı prezident İlham Əliyevin payızda bu ölkəyə rəsmi səfərinin təfərrüatlarını müzakirə edəcək.
AzNews.az