09:29
(077) 610-22-33

“Qəzalı binalarda hələ də minlərlə insan yaşayır” - Mehriban Əliyeva

  • >
1 955 30 May 2017 17:54 | Siyasət

“Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır”.

AzNews.az xəbər verir ki, bunu Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva deyib.

Azərbaycanın Birinci vitse-prezidenti məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış edib.

Mehriban Əliyeva bildirib ki, çadır şəhərciyi şəraitində yaşayan insanlar, qaçqın və məcburi köçkün ailələri onlar üçün inşa olunan 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüb: “Ümumilikdə bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması deməkdir. Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınır. Ali və orta ixtisas təhsil ocaqlarında ödənişli formada təhsil alan qaçqınlar və məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar”.

“Bu gün təməli qoyulan müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun həmin bu nəcib işə töhfəsidir. Hesab edirəm çox gözəl bir haldır ki, dövlətlə yanaşı, iş adamları, sahibkarlar da bu məsələyə dəstəyini verməyə hazırdırlar”,- deyən Mehriban Əliyeva bu təşəbbüsü yüksək qiymətləndirib, Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, sahibkarları da təşəbbüsü dəstəkləməyə dəvət edib. Bildirib ki, bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın həmrəyliyinin, dövlətin gücünün və inkişafının təzahürüdür.

Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına və soydaşlarımızın doğma torpaqlarına qayıdacağına əminliyini ifadə edərək, işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin bütün lazımi infrastrukturu quracağını, şəhərlərimizi bərpa edəcəyini bildirib.

Bağla X