19:26
(077) 610-22-33

“İlqar Məmmədov çoxdan həbs edilməli idi”

  • >
338 9 Fevral 2013 12:08 | Siyasət

“Onun Milli Məclisi “zooparka” bənzətməsini hələ unutmamışam”




"Əslində İlqar Məmmədov çoxdan həbs edilməli idi. Onun yazılarına, sosial şəbəkələrdəki çıxışlarına baxın. Bu insan ancaq təhqir, insanları qanunsuz addımlara vadar edən çıxışlar edirdi."

Bunu REAL rəhbəri İlqar Məmmədov və Müsavat başqanınln müavini Tofiq Yaqublunun həbsi barədə sualı cavablandırarkən, AVP sədri Fəzail Ağamalı "Bizim Yol"a bildirib. Partiya sədri bildirib ki, İlqar Məmmədovun insanları iğtişaşa səsləməsinə inanır:

"Onun Milli Məclisi "zooparka" bənzətməsini mən hələ unutmamışam. Onu biz məhkəməyə vermək istəyirdik. Sonra düşündük ki, hay-küy qaldırıb, Azərbaycanı beynəxalq ictimaiyyətdə gözdən salmaq istəyəcək. Onun məqsədi əslində elə bu idi. Ancaq biz ona bu fürsəti vermədik. Əgər onu Milli Məclis üzvləri məhkəməyə versəydi, bu erməni lobbilərinin əlində bir fürsətə çevriləcəkdi. Ancaq o, bu gün konkret cinayət əməlində ittiham olunur. Mən onun insanları iğtişaşa çağırmasına inanıram. Bunu onun yazılarını oxuyan istənilən adam təsdiqləyə bilər. Tofiq Yaqubluya gəlincə, düzdür, "Yeni Müsavat"da köşə yazır. Amma o, Müsavat başqanının müavinidir. O da İsmayıllıya jurnalist kimi getməyib. Onların təqsiri olmasaydı, Baş Prokurorluq bu ittihamı verməzdi.

Nə Tofiq Yaqublunun, nə də İlqar Məmmədovun həbsinin arxasında siyasi motiv yoxdur. Onlar konkret cinayət əməlində ittiham olunurlar. Tofiq Yaqublunun qızı həbsxanada idi. O bunu düşünməliydi. Qızı tutulub deyə bunun heyfini çıxmaq üçün gedib, İsmayıllıda insanları iğtişaşa cəlb etmək istədi. O bilməli idi ki, bu cür qanunsuz yolla mübarizə aparmaq olmaz."

AzNews.az
Bağla X