11:02
(077) 610-22-33

AXCP sədri də Əkrəm Əylislidən danışdı

  • >
335 9 Fevral 2013 12:30 | Siyasət

Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilir. Teleqraf.com-un məlumatına görə, toplantıda müzakirə ediləcək məsələlər səsə qoyulub və qəbul edilib.

Daha sonra Koordinasiya Şurasının üzvü Zəfər Quliyev yanvar ayı üçün İctimai Palatanın gördüyü işlərlə bağlı hesabatı təqdim edib. Yanvar ayının çox gərgin keçdiyini vurğulayan Zəfər Quliyev İctimai Palatanın 6 toplantı, 3 dinləmə keçirdiyini bildirib: "Bu il çox fərqli il olacaq. Hadisələrin dinamikası İctimai Palatanı, siyasi qüvvələri geridə qoydu. Ona görə də hadisələrlə ayaqlaşmalı, proseslərə operativ şəkildə reaksiya verməyi bacarmalıyıq.

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, İctimai Palata Qərb institutlarının, Avropa Şurasının Azərbaycanda baş verənlərə münasibətdə ədalətli mövqe tutmasına çalışmalıdır: "Korporativ maraqlarını
xalqın maraqlarından üstün tutanların adını xarici mətbuata yol tapıb bildirməliyik.

Ismayıllı hadisələrinə toxunana Əli Kərimli bildirib ki, hakimiyyət nümayəndələrinin oraya gedib danışıqlar aparması təqdirəlayiq idi: "Hökumət bunu etməli idi".

Əkrəm Əylislinin "Daş yuxular" əsəri barədə danışan Əli Kərimli bildirib ki, romanda tarix saxtalaşdırılıb, millətin heysiyyətinə toxunulub: "Bu uğursuz əsərdir".

AzNews.az
Bağla X