10:59
(077) 610-22-33

Pənah Hüseyn müxalifəti ittiham etdi

  • >
247 9 Fevral 2013 17:58 | Siyasət



Bu gün İctimai Palatanın (İP) sessiyası keçirilib.
APA-nın məlumatına görə, İP Koordinasiya Şurasının üzvü Zəfər Quliyev yanvar ayı üzrə dönəm sədri kimi hesabat xarakterli çıxış edib. Z.Quliyev yanvar ayını İP üçün çətin dövr kimi xarakterizə edərək, bu ayda konsensusun əldə olunmasını uğurlu addım hesab edib.

AXCP sədri Əli Kərimli çıxışını ötən ay ölkədəki ictimai-siyasi proseslərin təhlili müstəvisində qurub və "Binə" Ticarət Mərkəzində, İsmayıllı rayonunda baş verən hadisələrə görə hökuməti tənqid edib. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun həbslərini də pisləyən Ə.Kərimli təklif edib ki, hökumətin əleyhinə keçirilən aksiyaların hər birində həbs olunanlara hüquqi və maddi dəstəyin verilməsi məqsədilə zəruri addımlar atılsın və bu işi İctimai Palata öz üzərinə götürsün. Ə.Kərimli beynəlxalq müstəvidə uğurlu fəaliyyət göstərmək məqsədilə İP çərçivəsində daimi işlək qurumun yaradılması təklifi ilə də çıxış edib.

Daha sonra İP üzvləri Səxavət Əlisoy, Sabir Məmmədli, Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, Sahib Kərimov, Pənah Hüseyn çıxış edib. Müxalifəti birləşməməkdə ittiham edən P.Hüseyn deyib ki, hamı birlikdən danışır, amma bu birlik istiqamətində addımlar atmır.

Müsavat Partiyasının başqanı İsa Qəmbər müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun həbsini, o cümlədən "Binə" Ticarət Mərkəzindəki və İsmayıllı rayonundakı hadisələrə görə istintaqın gedişini tənqid edib. Onun sözlərinə görə, bütün bunlar ölkədəki ictimai fikri yayındırmağa xidmət edir. İsa Qəmbər prezident seçkiləri ərəfəsində partiya fəalları ilə birgə Lənkəran səfəri zamanı baş verənləri hakimiyyətin narahatlığı kimi xarakterizə edib və belə səfərlərin mütəmadi reallaşdırılacağını diqqətə çatdırıb.
Bağla X