Azərbaycan adlı müstəqil ölkə yeni siyasi müstəviyə qədəm qoydu. 2016-ci il sentyabrın 26-da keçirilmiş referendumun nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklərin təcrübə mərhələsi çatdı. İslahat Prezident Administrasiyasından başladı. Azərbaycan adlı müstəqil ölkə yeni siyasi müstəviyə qədəm qoydu. 2016-ci il sentyabrın 26-da keçirilmiş referendumun nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklərin təcrübə mərhələsi çatdı. İslahat Prezident Administrasiyasından başladı.

İslahatlar dalğası: Yuyub aparmayacaq, silib təmizləyəcək

Azərbaycan adlı müstəqil ölkə yeni siyasi müstəviyə qədəm qoydu. 2016-ci il sentyabrın 26-da keçirilmiş referendumun nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklərin təcrübə mərhələsi çatdı. İslahat Prezident Administrasiyasından başladı.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov dəyişiklikləri anındaca şərh etdi:

"Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması, həmçinin Prezident Administrasiyası başda olmaqla ölkənin idarəetmə sistemi və icra mexanizmində həyata keçirilən mühüm dəyişikliklər qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır".

Yeni dünya düzəni və siyasəti yeniləşən Azərbaycan. Tez-tez şahidi oluruq: gənc nəsillə, yaşlı nəslin nümayəndələrinin söhbətlərində ikincilər dövrün tələblərini nəzərə almadan, hökm sürən siyasi quruluşun xüsusiyyətlərinə əhəmiyyət vermədən arqumentlər səsləndirirlər. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından birinə rəhbərlik edən hörmətli akademikimizlə mərasimlərin birində etiraz ruhlu dialoqumuz oldu. Sovetin sonuncu şöləsini 1990-cı ildə - 16 yaşında görən biri ilə, SSRİ alovunda 70 il qızınan biri arasında dialoq sönən və yanan ocaqların müqayisəsinə mütləq bənzəməliydi. Akademik deyirdi ki, müəllim niyə gedib pulsuz dərs deməməlidir, bəs maarifçilik sevgisi, bəs savadlı cəmiyyət yetişdirmək arzusu?.. Ondan hansı dövrdə yaşadığımızı, siyasi quruluşumuzun adını soruşdum. "Hər halda sosializm deyil" cavabını verdi. Ancaq quruluşun adını dəqiq demədi. Sosializmin məhv olduğunu etiraf etmək istəmirdi. Hələ də orda - monoton cəmiyyətdə qalmışdı. Tezdən işə, axşam evə tələsənlərin xoşbəxt olduğunu hesab edənlərdəndir, bizim ağsaqqal akademikimiz. Soruşdum: "Evdən işə və işdən evə tələsəndə yanından ötdüyünüz cəmiyyətin vəziyyəti ilə maraqlanmaq necə lazım deyilmiş?". Cavabı: "Cəmiyyətlə sistem maraqlanırdı". Gülümsündüm. "Elə dərindən maraqlanırdı ki, bizi 70 il geriyə saldı"- dedim. Ardınca sadaladım: əksər inkişaf etmiş ölkələrdə diplomlarımız tanınmır, kəşflərimiz sərhədləri keçə bilmir, ədəbiyyatımızdan bir cümlə də oxumayıblar, filmimiz ancaq özümüzə göstərilmək üçün çəkilir, nəhayət 70 illik sovetə qulluğumuzun cavabında Qarabağımızı işğal etdilər.

Yəqin söhbət bitməmişdi, sağollaşıb getdim. Yolda düşünürdüm: yeni dövrə başlamaq üçün köhnədən bir qədər də uzaqlaşamalıyıq. Doğrusu 40-45 ili nəzərdə tuturdum, belə hesablayırdım ki, hələ 20 ilimiz var. Prezident Administrasiyasındakı son dəyişikliklər bizi 20 il irəliyə apardı. Artıq indi bəlli oldu: siyasi xətt dəqiq cızılıbmış. Müstəqilliyi qurbanlar bahasına başa gələn torpaqlarından yaralı Azərbaycanın dünyanın terrora çuğlandığı zamanda qazanacağı ilk nemət yalnız stabillik ola bilərdi. Bizim ölkə pozulan stabilliyin ağır nəticələrini yaşayıb. Həqiqəti sakitlikdə aşkara çıxarmaq mümkündür. Qarışıqlıqda yalan doğrunun başına çıxa bilir.

1993-2017 -Azərbaycan tarixinə stabilləşmə dövrü kimi yazıldı. Bu neməti bizə qazandıran Prezident İlham Əliyevin rəhbərliyi ilə Prezident Administrasiyasının qurduğu mexanizm idi. Xüsusən Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsi vəziyyətə adekvat olan elə dəqiq addımlar atırdı ki, bu addımlar hər kvadrat metrinə minalar basdırılmış sahədən belə insanı sağ-salamat çıxara bilərdi. Demokratik cəmiyyətlərin əsas lokomotivi vətəndaş cəmiyyəti institutları və mətbuatdır. QHT-lərin ölkəmizə edilən haqsız beynəlxalq müdaxilələrə həm əməlləri, həm də sözləri ilə verdikləri mütəmadi cavablar, mətbuatın düşmənlə savaşda Azərbaycan dövlətinin 100 faiz yanında olması, erməni KİV-nin məkrli siyasətinin bumeranqa çevrilib öz başlarına daş kimi düşmələrində jurnalistikamızın göstərdiyi çeviklik ictimi-siyasi proseslərin bütün incəlikləri ilə necə düzgün idarə olunduğunu bir daha sübut etdi.

Vətəndaş dövləti ilə birləşib ölkəni siyasi islahatlara başlama dövrünə gətirib çıxara bildi. Tarixçilər araşdırsınlar, hansı ölkə 30 ildə dövlətini təhlükəli zonadan bu qədər məsafədə uzaqlaşdıra bilib?

"Bakı -2017" IV İslam Həmrəyliyi Oyunları islam ölkəsi kimi tanınan Azərbaycanın liderlik səviyyəsinə qalxdığını dəqiqliyi ilə göstərdi. İran bu yarışları keçirə bilməmişdi. 20 fazi işğalda olan və qarşı tərəfin təhriki nəticəsində hər gün işğalçı ilə savaşan Azərbaycan İslam adına vurulan ləkəni təmizləməyə qalxdı. Tək və silahsız. Tək və əlində sülh göyərçini ilə.

Azərbaycanın xəritədə yerinə baxanda caynaqların arasında olduğu aşkar görünür. Amma o caynaqlar göydə qalıb. 54 ölkəni öz bayrağı altında birləşdirib, dünyaya islam buketi təqdim edə bilirsənsə, caynaqlar o buketi almaya bilməz, alandasa mütləq barmaqlara çevriləcəklər və anlayacaqlar ki, Azərbaycan adlı dövlətə əlləri salam məqsədi ilə uzatmaqdan başqa yol yoxdur.

2016-ci il sentyabrın 26- tarixinə qədər gəldiyimiz yolun məqsədi stabilliyə nail olmaq və onu qorumaq idi. Birinci mərhələ uğurla başa çatdı.

Əli Həsənovun fikirlərinə istinad edək: "Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi, həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıb".

Bir əsas məqama da toxunaq. İqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi ilə yanaşı, mənəvi idaretmə mexanizmində mütləq yenilənmələr olsun. Cəmiyyətimizdə intihar kabusu dolaşır. Bu kabusla yoldaşlıq edən kriminal durum da əl-qol ata-ata gəzir. Hər iki pisin qarşısına çıxmaq və onları yerindəcə məhv etmək vacibdir. Bunun üçün insan amilinin hər şeydən ucadan olduğunu göstərən, insanlara sabaha inam aşılayan layihələrin sayını və effektivliyini artıraq. Siyasi islahatlar mütləq mənəvi aşınmanın qarşısını alacaq. Sadəcə mətbuat olaraq, bu faktı əsas mövzu hədəfi seçək, hökumətin bundan sonra imzalayacağı islahatların dəqiq, dolğun və həvəslə təbliğatını aparaq.

Yaşımızın azlığına baxmayaraq, dünyanın əksər ölkələrindən öndəyik. Onlar bunu görür və dəyərləndirir. Yetər ki, özümüz də görək. Tək görmək azdır, həm də bir-birimizə göstərək.

Ceyhun Musaoğlu

AzNews.az