17:07
(077) 610-22-33

Onlar “Milyarderlər İttifaqı”ndan və Elşad Abdullayevdən siqnal gözləyirlər

  • >
273 11 Fevral 2013 12:06 | Siyasət

“Müxalifətin 10 il bundan əvvəl güclü olduğu vaxtda da bu siyahı var idi”





"Partiyamız seçkilər öncəsi işini davam etdirir. Partiya toplantılarında həm ölkə daxili, həm də ölkə xarici prosesləri müzakirə edilir".

Bunu AzNews.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. T.Kərimli qarşıdan gələn seçkilərdə hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəyini qeyd edib:

"Bu qərar partiyanın Baş Məclisində də təsdiq olunub. Budəfəki seçkilərdə namizədimizə təklif edəcəyik ki, neft fondunun hesabına ölkə əhalisini müəyyən limit çərçivəsində kommunal xərclərdən azad etməklə bağlı düşünsün. Biz bilirik ki, Azərbaycanın buna imkanı çatır. İkinci təklifimiz də ondan ibarət olacaq ki, korrupsiya, inhisarçılığa qarşı mübarizə gücləndirilsin. Üçüncü təklifimiz Qarabağla bağlı olacaq. Yəni işğal olunmuş torpaqlarımızla bağlı konkret mövqe tutulsun".


Partiya sədri namizədliyini irəli sürməməsinin səbəblərini də açıqlayıb:

"Vəhdət namizədini irəli sürsəydi, qeyri-ciddi olardı. Açığı buna maddi, texniki imkanımız yoxdur. Bütün çatışmazlıqlarla yanaşı hesab edirik ki, ölkədə sabitliyin qarantı İlham Əliyevdir".

T.Kərimli müxalifət partiyalarının prezident seçkilərində qələbə çalacağına inanmır:

"Müsavat özünün "Kölgə Kabineti"ni yaradıb. Müxalifətin 10 il bundan əvvəl güclü olduğu vaxtda da bu siyahı var idi. Onların hakimiyyətə gəlmək imkanları yoxdur. İndiki müxalifət ictimai təşəbbüsü ələ ala bilmirlər. Bunlar Rusiyadakı "Milyarderlər İttifaqı"ndan, Elşad Abdullayevdən siqnal gözləyirlər. Yəni bu hadisələrdən bəhrələnməyə çalışırlar. Müxalifət imitasiya ilə məşğuldur. Burada iqtidar daha səmimi görünür, çünki əlində real hakimiyyət var".

İlkin
AzNews.az

Bağla X