- Köhnə - Siyasət
- 11 Fevral 2013 15:25
- 2 120
YAP-ın qurultayının vaxtı açıqlandı
"Bizim qurultayımız seçki ilə bağlı olacaq. Ona görə də seçki prosesinə rəsmi start veriləndən sonra Yeni Azərbaycan Partiyası qurultayını keçirəcək.",- deyə YAP rəsmisi bildirib.
Hakim partiya budəfəki - V qurultayında 2013-cü il prezident seçkisində namizədini irəli sürməlidir.
Xatırladaq ki, YAP-ın IV qurultayı 2008-ci il avqustun 2-də keçirilib. Həmin qurultayda İlham Əliyev yekdilliklə partiyanın sədri seçilib. Həmçinin, qurultay növbəti prezident seçkilərində (15 oktyabr 2008-ci ildə) YAP sədri İlham Əliyevin namizəd kimi irəli sürülməsini yekdilliklə qərara almışdı.
Nizamnaməyə görə, partiyanın qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir.
AzNews.az