12:25
(077) 610-22-33

Deputatlarımız hazırlıqlıdır

  • >
260 11 Fevral 2013 18:45 | Siyasət

Fazil Mustafa: “Ermənilərin səsələndirdikləri fikirlərin müdafiəsi mümkün deyil”




Sabah paytaxt Bakıda AVRONEST-in növbəti toplantısı keçiriləcək. Bununla bağlı Milli Məclisin sabaha təyin olunan iclası da təxirə salınıb. Qeyd edək ki, bu dəfə AVRONEST-in enerji təhlükəsizliyi komitəsinin Milli Məclisdə iclası keçriləcək. Keçən il baş tutan toplantı ilə müqayisədə sabahkı tədbirin daha geniştərkibli olacağı bildirilir.

Nəzərə alsaq ki, ötən il Azərbaycanda keçirilən toplantıda Ermənistan nümayəndə heyətinin çıxışı ciddi narazılıq doğurmuşdu, o zaman bu dəfə azərbaycanlı millət vəkillərinin buna nə dərəcədə hazırlıqlı olmaları maraq doğurur. Bununla bağlı AzNews.az-a məlumat verən millət vəkili Fazil Mustafa deyib ki, beynəlxalq qurumlarda təmsil olunan nümayəndə heyətimiz birmənalı olaraq həmişə bu məsələdə hazır olub:

"Xüsusilə də bu tipli tədbirlərdə Azərbaycan nümayəndə heyəti öz mövqeyini açıq şəkildə ortaya qoyub. Heç vaxt da bu məsələdə problem yaranmayıb, bu dəfə də elə bir istisna olmamalıdır. Çünki arqument baxımından Azərbaycan tərəfin mövqeləri kifayət qədər güclüdür. Bütün hallarda işğalçı bir dövlət kimi hər hansı bir şəkildə onların səsləndirdikləri fikirlərin müdafiəsi mümkün deyil. Beynəlxal hüquq da onların əleyhinə olduğuna görə bu məsələlərdə üstünlük qazana bilmirlər".

Millət vəkili onu da əlavə edib ki, belə tədbirlərdə diskussiyaların açılmasında Azərbaycan tərəfi maraqlıdır: "Biz çalışırıq ki, belə müzakirələr açılsın və Azərbaycanın haqlı mövqeyi ilə bağlı məsələlər də gündəmə gətirilsin. Əks halda bir sıra məqamlarda erməniləri yerində oturtmaq məsələsində belə fürsətlər ələ düşmür. Bu baxımda da belə fürsətləri biz həmişə qiymətləndirməyə çalışırıq".

Gültəkin
AzNews.az
Bağla X