05:12
(077) 610-22-33

Putin Türkiyəyə yeni səfir təyin etdi

  • >
1 989 19 İyun 12:59 | Siyasət

Prezident Vladimir Putin Aleksey Yerxovu Rusiyanın Türkiyədəki səfiri təyin edib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yerxov 2009-cu ildə Rusiyanın İstanbuldakı baş konsulu təyin edilib. Daha sonra Rusiya Daxili İşlər Nazirliyində Böhranlı-vəziyyət departamentinin direktoru işləyib.

Aleksey Yerxov bu vəzifədə 2016-cı ilin 19 dekabr tarixində Türkiyənin paytaxtı Ankarada keçirilən incəsənət sərgisinin açılışı zamanı öldürülən Andrey Karlovu əvəz edəcək. Hücum edən şəxs səfir Karlov çıxış edən zaman atəş açıb və daha sonra polis tərəfindən məhv edilib. Rusiyanın Araşdırmalar Komissiyası “Beynəlxalq terror aktı” maddəsi ilə cinayət işi açıb. Andrey Karlova Rusiyanın Qəhrəmanı fəxri adı verilib.

Bağla X