AXCP seçkilərlə bağlı mövqeyini mayda açıqlayacaq

"AXCP prezident seçkiləri ilə bağlı mövqeyini mayda açıqlayacaq". Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Asəf Quliyev verib. A. Quliyev bildirib ki, AXCP prezident seçkilərində iştirak etmək niyyətindədir.

"İstənilən halda partiyada seçkilərə hazırlıq işini davam etdirir. AXCP indiki vəziyyətdə tələsmir, ümid edir ki, partiyalar, ictimai qurumlar ümumi fikrə gələcək və vahid namizəd məsələsi öz həllini tapacaq. Əgər bu istiqamətdə ümidlərimiz doğrulmasa, mayda AXCP seçki strategiyasını cəmiyyətə açıqlayacaq. Partiyaların vahid mövqe nümayiş etdirəcəyi birlik olmayacaqsa, sözsüz ki, AXCP-nin prezident seçkilərində öz namizədi olacaq".

A. Quliyev hazırkı məqamda isə prezident seçkilərinə dair strategiyada dəyişiklik olmadığını da diqqətə çatdırıb: "Yəni AXCP indidən müxalifətdən kiminsə namizədliyinin irəli sürülməsini erkən hesab edir".

AzNews.az