Rəsmi Kiyev hesab edir ki, bir neçə gündür bəzi ölkələrdə xeyli fəsadlar törətmiş “Petya.A” virusunun yayılmasında rusiyalı hakerlərin əli ola bilər. Rəsmi Kiyev hesab edir ki, bir neçə gündür bəzi ölkələrdə xeyli fəsadlar törətmiş “Petya.A” virusunun yayılmasında rusiyalı hakerlərin əli ola bilər.

“Təsadüfi deyil ki, virus sözü “RUS”la bitir”- Ukraynanın erməni naziri

Rəsmi Kiyev hesab edir ki, bir neçə gündür bəzi ölkələrdə xeyli fəsadlar törətmiş “Petya.A” virusunun yayılmasında rusiyalı hakerlərin əli ola bilər.

Virtualaz.org xəbər verir ki, Ukraynanın infrastruktur naziri, milliyyətcə erməni olan Vladimir Omelyan özünün “Facebook” səhifəsində kiberhücumlarda Rusiyanı ittiham edib. Məmurun fikrincə, bunu “virus” sözünün özü də sübuta yetirir.

“Təsadüfi deyil ki, “virus” sözü “RUS” hərf birləşməsi ilə bitir”, - Omelyan öz səhifəsində yazıb.

Bildirək ki, “Petya.A” virusunun yayılması üzündən Ukrayna və Rusiyadan savayı, İtaliya, İsrail, Serbiya, Macarıstan, Rumıniya, Polşa, Argentina, Çexiya və Almaniya istifadəçiləri də zərər görüblər.