Siyavuş Novruzov: “Bəzi məmurlar yolunu azıb...”

"Bəzi məmurlar yolunu azıb, prezident də onlara xəbərdarlıq edib. Adətən bu cür müşavirələrdə həmişə xəbardarlıqlar olunub, bu dəfə də zəruru olan qeydlər onların diqqətinə çatdırıldı".

Bu fikirləri AzNews.az-a YAP Siyasi Şurasının üzvü, deputat Siyavuş Novruzov prezident İlham Əliyevin dünən keçirdiyi müşavirədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O qeyd edib ki, dövlət başçısı bir daha məmurlara vətən, xalq, millət, dövlətçilik üçün işləməyin zəruri olduğu xatırladıldı: "Əgər bir insana hansısa vəzifə tapşırılıbsa onun öhdəsindən lazımınca gəlməlidir. Kim öz vəzifə borcunu yerinə yetirməyəcəksə, özünü düzəltməyəcəksə onun haqqında da ölçü götürüləcək".

Prezidentin fəaliyyətindən məlumatlı və narazı olduğu məmurların adını açıqlamamasına gəlincə, S.Novruzov buna ehtiyacın olmadığını bildirib: "Adların açıqlanmasına ehtiyac yoxdur. Prezident bir daha başa saldı ki, hər bir məmurun fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıdır".

Gültəkin
AzNews.az