ATƏT təmsilçiləri Müsavat Partiyasında olublar

Fevralın 13-də ATƏT-in Bakı ofisinin nümayəndələri Müsavat Partiyasının qərargahında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə görüşüblər.

Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər əsasən yanvarın 23-də İsmayıllıda baş verənlərdən sonrakı həbsləri müzakirə ediblər.

ATƏT təmsilçiləri Müsavat başqanının müavini Tofiq Yaqublunun durumu ilə də maraqlanıblar. A. Hacılı T. Yaqublunun həbsinin təfərrüatları haqqında danışıb, Avropa qurumlarının ədalətli məhkəmə qərarına ümidlərini bölüşmədiyini deyib.

Daha sonra tərəflər ölkədəki ümumi ictimai-siyasi durumu müzakirə ediblər.

AzNews.az