08:48
(077) 610-22-33

Ermənilərin növbəti yalanı BMT-də

  • >
273 13 Fevral 2013 16:52 | Siyasət

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının mülki əhalinin qorunmasına həsr olunmuş yüksək-səviyyəli açıq debatlarda iştirak edib



Fevralın 12-də xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının mülki əhalinin qorunmasına həsr olunmuş yüksək-səviyyəli açıq debatlarda iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclas Koreya Respublikasının Xarici İşlər və Ticarət Naziri Kim Sunq-hvanın sədrliyi altında keçirilib.

Təhlükəsizlik Şurasının 15 üzv dövlət ilə yanaşı, 55 ölkənin və iki regional təşkilatın, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqının nümayəndələri çıxış ediblər. İclasın silahlı münaqişələr zamanı mülki əhalinin qorunmasının təşviqi yollarını müzakirə etmək, habelə qeydə alınmış nailiyyətlər və qarşıda duran çağırışları müəyyənləşdirmək məqsədilə keçirilib.

Elmar Məmmədyarov çıxışında qeyd edib ki, Azərbaycanın bu məsələdəki qəti mövqeyi onun davamlı sülh və inkişafa töhfə vermək istəyindən və silahlı münaqişənin mülki əhaliyə təsirlərinin aradan qaldırılması ilə bağlı malik olduğu təcrübəsindən qaynaqlanır. Onun sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın dünyada ən çox qaçqın və məcburi köçkünə malik ölkələrdən biridir. Hazırda ölkədə hər doqquz nəfərdən birinin bu kateqoriyaya aiddir. Xarici işlər naziri 21 il əvvəl Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş kütləvi qırğının həyata keçirildiyini diqqətə çatdırıb: "Bu gün heç bir siyasi və ya rəsmi status müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmə kimi ağır beynəlxalq cinayətlərlə əlaqəli şəxslərə immunitet verə bilməz".

İclasın yekununda sədrin bəyanatı qəbul olunub. Azərbaycanın təklifləri əsasında bəyanata bir sıra vacib məqamlar daxil edilib. Təhlükəsizlik Şurası xarici işğaldan əziyyət çəkən mülki əhalinin ehtiyaclarını və bu xüsusda, işğalçının beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini vurğulayıb. Münaqişələrin qaçqın və məcburi köçkünlərə təsirini tanıyan Şura, könüllü, layiqli və davamlı qayıtmaq da daxil olmaqla, onlar üçün qəti həllin tapılması istiqamətində birgə çalışmağın əhəmiyyətini qeyd edib. Bəyanatın qəbulundan sonra iclas qeyri-Şura üzvləri üçün açıq elan olunub. Ermənistan nümayəndəsi söz götürərək,

Azərbaycana qarşı təcavüzü zamanı ciddi beynəlxalq cinayətlərə görə ölkəsinin məsuliyyətini inkara cəhd göstərib. Azərbaycan nümayəndəsinin əlavə çıxışında Ermənistan tərəfinin yalanı üzə çıxarılıb, mövcud sənədlər və faktlar əsasında Ermənistanın hadisələri kobud şəkildə təhrif etdiyi, təcavüzkar dövlət olduğu və ağır beynəlxalq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıması ilə bağlı sübutlar diqqətə çatdırılıb.

Yüksək-səviyyəli açıq debatlarda İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxış edib. O, çıxışında silahlı münaqişələrin mülki əhaliyə təsirindən danışaraq, rəhbərlik etdiyi təşkilatın Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunda öz doğma yurdlarından məcburi şəkildə qovulmuş köçkünlərin vəziyyətindən xüsusi narahatlığını vurğulayıb.

AzNews.az
Bağla X