“Onlar hakimiyyətin dəyişməsi uğrunda mübarizə aparırlar” “Onlar hakimiyyətin dəyişməsi uğrunda mübarizə aparırlar”

“Bu ittihamlar absurddur”

“Onlar hakimiyyətin dəyişməsi uğrunda mübarizə aparırlar”




"Bizim Ziyalılar Forumu ilə münasibətlərimiz tam normaldır. Yaxın zamanlar hərəkatın yaradılmasını elan edəcəklər. AXCP olaraq, yaradılacaq birlikləri dəstəkləyəcəyik".
Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının ALi Məclisinin (AXCP) sədri Həsən Kərimov deyib. Həmişə müxalifətin daha geniş inteqrasiyasına çalışdıqlarını deyən partiya funksioneri bildirib ki, bu istiqamətdə hələlik Ziyalılar Forumu ilə heç bir sənəd imzalanmayıb:

"Yəqin ki, yaxın günlər əməkdaşlıqla bağlı müraciət ediləcək. Bu zaman biz öz mövqeyimizi bildirəcəyik. Öncədən qeyd edim ki, forumun təşəbbüsünü dəstəkləyirik".

H.Kərimov qeyd edib ki, Ziyalılar Forumunun xarici qüvvələrə işlədiyini iqtidaryönlü ekspertlər deyir:

"Ziyalılar Forumunda Azərbaycanın kifayət qədər mənafeyinə xidmət edən ziyalılar toplaşıb. Onlar bu rejimə qarşı, onun dəyişməsi uğrunda mübarizə aparırlar. Bu ittihamlar absurddur. İqtidar partiyaların, təşkilatların fəaliyyətini kölgə altına salmaq üçün bu cür ittihamlardan istifadə edir".

İlkin
AzNews.az