- Köhnə - Siyasət
- 21 İyul 2017 09:54
- 1 845
Polşanın xarici işlər naziri Bakıya gələcək
Polşanın xarici işlər naziri Vitold Vaşikovski Azərbaycana gələcək.
"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər oktyabrda baş tutacaq.
Səfər zamanı XİN rəhbəri Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, o cümlədən iqtisadi əməkdaşlığı, regional və beynəlxalq problemləri, həmçinin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı müzakirə edəcək.
AzNews.az