Bakıda Misirin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Bakıda Misirin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Misir səfirliyi Bakıda rəsmi qəbul keçirib

Bakıda Misirin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, tədbirdə diplomatik koprusun nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Misirin Azərbaycandakı səfiri Suzan Cəmili Şanlı iyul inqilabının 65-ci ildönümünün sosial bərabərlik və ədalətin rəmzi olduğunu deyib.

Bu il iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu deyən səfir əlaqələrin qardaşlıq və dostluq əsasında qurulduğunu söyləyib.

"Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması və bütün torpaqları üzərinə suverenliyinin bərpa olunmasına yönəlmiş haqlı mövqeyi ilə bağlı BMT və İƏT-in qəbul etdiyi bütün qətnamələrin Misir tərəfindən dəstəklənməsi bunun bariz nümunəsidir"-səfir vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev söyləyib ki, 25 il ərzində ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmət əsasında münasibətlər qurulub.

Dövlət başçılarının siyasi iradəsinin bütün sahələrdə əməkdaşlığın genişlənməsinə yol açdığını deyən Ş.Mustafayev Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla beynəlxalq arenada iki ölkənin bir-birini dəstəklədiyini vurğulayıb.

Nazir Azərbaycanın müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini deyib. O, iki ölkə arasında ticarət sahəsi daxil olmaqla 50-ə yaxın ikitərəfli sənədlərin imzalandığını vurğulayıb.