“Məhkumlar”ın 19-cu bölümünü, bəlkə də, bu teleserialın həm kulminasiya nöqtəsi, həm də yeni hadisələrin başlanğıcı hesab etmək olar. “Məhkumlar”ın 19-cu bölümünü, bəlkə də, bu teleserialın həm kulminasiya nöqtəsi, həm də yeni hadisələrin başlanğıcı hesab etmək olar.

“Məhkumlar“ın üsyanı- VİDEO

“Məhkumlar”ın 19-cu bölümünü, bəlkə də, bu teleserialın həm kulminasiya nöqtəsi, həm də yeni hadisələrin başlanğıcı hesab etmək olar.




AzNews.az-ın məlumatına görə, filmin yaradıcı heyəti yenə də ustalıqla tamaşaçının əsəbləri ilə oynamaqda davam edir.

Gərgin, dinamik süjet, hadisələrin axarından çıxması, gözlənilməz, qəfil qərarlar, ağlasığmaz, novellavari nəticələr anbaan tamaşaçını həyəcan və intizarda saxlayır. Belə ki, filmin hər bölümündə maraqlı və incə məqamlar üzə çıxır. Yəni tamaşaçı elə düşünür ki, hansısa bölümdə bütün suallara cavab tapılacaq, qaranlıq məqamlara işıq doğacaq. Ancaq sonda bir daha yanılıdığını görür, ehtirasla ümidini növbəti bölümə bağlayır.

Qeyd eək ki, bu bölümdə Əməkdar artist Sabir Məmmədovun "Şahmar"ı "Məhkumlar"ın şahmarına cevriləcək. Eyni zamanda, Xəqani və Röya bütün arzularının, sevgilərinin, xəyallarının yerlə-yeksan olduqlarını biləcəklər. Və sözün əsl mənasında üsyana başlayacaqlar. Adilin Röyayla nişanlanmasını Adil də, Rüstəm də şok və qəzəb içində qarşılayacaq. Yeni qərar veriləcək. Bu dəfə qərarı valideynlər deyil, məhz məhkumların özü qəbul edəcək. Bu vacib və qəfil qərarın nə olduğunu bilmək istəyirsinizsə, "Məhkumlar"ın növbəti bölümünü bu axşam 19.30-da ATV-də izləyin.



AzNews.az