10:07
(077) 610-22-33

İP üzvü Gülər Əhmədovanın həbsinə etiraz edir

  • >
322 14 Fevral 2013 12:58 | Siyasət


"Gülər Əhmədovanı oğlunun doğum günündə həbs etməyə nə lüzum vardı ki? O, uşağın günahı nə idi ki, bir ömür doğum gününü acıları ilə xatırlasın?"

Bunu AzNews.az-a açıqlamasında İctimai Palatanın üzvü Yeganə Əmiraslanova bildirdi.
İP üzvünün sözlərinə görə, Gülər Əhmədova namərd kişilərin güdazına gedib:

"Fərhad Əliyev, Rəsul Quliyevin yanında Gülər Əhmədova kimdir ki? Yenə nə ortaya çıxdı ki, Gülərin həmən həbs olunmasına qərar verildi? Gülər Əhmədova bu hakimiyyətin ən mərd üzvüdür. O, namərd kişilərin qurbanı oldu. Bu həbs qərarı bəzilərinə çox gözəl "dərs"di".

Bahar Rüstəmli
AzNews.az

Bağla X