“Gülər Əhmədovanın həbsi siyasi məsələ deyil”

"Gülər Əhmədovanın həbsi siyasi məsələ deyil" – hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov "Media forum" saytına belə deyib.

Siyavuş Novruzov bildirib ki, Gülər Əhmədovanın əməlləri ilə bağlı xeyli müddətdir istintaq, araşdırma gedirdi: "Yəqin ki, hüquq mühafizə orqanları indi məqbul hesab edib həbs qərarı veriblər. Bu, siyasi deyil, hüquqi məsələdir. Ötən ilin sentyabr ayından istintaq gedir. Altı ay davam edən araşdırmalardan, faktlara, videolara baxılandan, ekspertiza rəyləri alınandan sonra belə bir addım atılıb".

AzNews.az