“Bu görüşü iki dövlət arasında münasibətləri tənzimləyən və bu münasibətləri daha yaxşı istiqamətə yönəldən görüş hesab etmək olar”. “Bu görüşü iki dövlət arasında münasibətləri tənzimləyən və bu münasibətləri daha yaxşı istiqamətə yönəldən görüş hesab etmək olar”.

“Rusiya ilə Azərbaycan arasında isti münasibətlər var” - Millət vəkili

“Bu görüşü iki dövlət arasında münasibətləri tənzimləyən və bu münasibətləri daha yaxşı istiqamətə yönəldən görüş hesab etmək olar”.

Bunu AzNews.az-a açılamasında Milli Məclisin deputatı Fəzail İbrahimli, iyulun 21-də Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, iki ölkə prezidentlərinin görüşünün məqsəd və mahiyyəti aydındır:

“Bu, iki dövlət arasında münasibətlərin ifadəsidir. Rusiya ilə Azərbaycan arasında kifayyət qədər isti münasibət var. İki dövlətin münasibətlərində siyasi, mədəni, mənəvi yaxınlıqlar var. Siyasi tərəf ondan ibarətdir ki, Rusiya bizim qonşu dövlətdir. Və böyük, özü də dünya siyasətinə təsir edə biləcək, Dağlıq Qarabağ probelminin həllinə kifayyət qədər kömək etmək iqtidarında və bu problemi həll etmək gücündə olan dövlətdir. Ona görə Azərbaycan tərəfi Rusiya ilə münasibətlərini daima yüksək səviyyədə saxlayır və bu münasibətlərin korlanmasına imkan yaratmır”.

Deputat qeyd edib ki, Rusiya tərəfi başa düşür ki, Qafqaz regionunun ən güclü dövləti Azərbaycandır:

“Ona görə də Azərbaycanla münasibəti qorumaq lazımdır. Bu iki cəhət ölkələr arasında olan münasibətləri daima müsbət məcraya yönəldir”.

Bahar RÜSTƏMLİ

AzNews.az