Luçian Militaru: “Xocalıda törədilənlər beynəlxalq ictimaiyyət tərəfindən insanlıq əleyhinə cinayət kimi tanınmalıdır” Luçian Militaru: “Xocalıda törədilənlər beynəlxalq ictimaiyyət tərəfindən insanlıq əleyhinə cinayət kimi tanınmalıdır”

Xocalı soyqırımı Ruminiya parlamentində

Luçian Militaru: “Xocalıda törədilənlər beynəlxalq ictimaiyyət tərəfindən insanlıq əleyhinə cinayət kimi tanınmalıdır”



Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən "Dağlıq Qarabağ münaqişəsi" adlı siyasi bəyanat verib. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirib.

Deputat çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunub, hazırda Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal altında olduğunu diqqətə çatdırıb. L. Militaru milliyyətçi və etnik ayrı-seçkilik zəminində 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edərək, soyqırımı qurbanları haqda məlumat verib, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulayıb.

O həmçinin, beynəlxalq səviyyədə tanınmış Azərbaycan sərhədlərinin toxunulmazlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliliyinin dəstəklənməsinin zəruriliyi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Sonda deputat regionda sülhün bərqərar olması üçün birinci addım kimi BMT-yə üzv olan bütün demokratik ölkələrin münaqişə ilə bağlı beynəlxalq təşkilatların qərarlarının, o cümlədən işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli olduqlarını bildirib.

AzNews.az