Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün “Buta” sarayında oğluna toy edəcək. Musavat.com-a oxuculardan birindən toyla bağlı ilginc bilgilər daxil olub. Oxucu yazır ki, Elmar Vəliyev Bəylər Eyyubovla qohum olur. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün “Buta” sarayında oğluna toy edəcək. Musavat.com-a oxuculardan birindən toyla bağlı ilginc bilgilər daxil olub. Oxucu yazır ki, Elmar Vəliyev Bəylər Eyyubovla qohum olur.

İcra başçısı oğluna toy edir

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün “Buta” sarayında oğluna toy edəcək. Musavat.com-a oxuculardan birindən toyla bağlı ilginc bilgilər daxil olub. Oxucu yazır ki, Elmar Vəliyev Bəylər Eyyubovla qohum olur.

Oxucunun verdiyi digər məlumat isə toyun məxfi saxlanılması üçün görülən tədbirlərlə bağlıdır. Məlumata görə, Elmar Vəliyev toyla bağlı məlumatların ictimailəşməməsi üçün əlindən gələni edir. Hətta, bir sıra qəzetlərlə bu mövzuda danışıqların olduğu, onlara susmaq müqabilində pul təklif edildiyi də bildirilir.

Qeyd edək ki, Elmar Vəliyevin oğlunun toyu həssas dövrə təsadüf edir. Fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev təmtəraqlı şənliklər keçirən məmurları sərt tənqid etmişdi. "Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları", - İlham Əliyev deyib.

AzNews.az