16:28
(077) 610-22-33

Əkrəm Əylislinin romanına görə Milli Məclisin xüsusi iclası?

  • >
265 15 Fevral 2013 11:49 | Siyasət

Milli Məclisin bugünkü iclasında vitse-spiker Ziyafət Əsgərov bildirib ki, istintaq İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıya hansı məqsədlə gedəcəyini araşdıracaq: "Ona görə də narahat olmayın".

Millət vəkili Fazil Mustafa Tofiq Yaqublunun qızından sonra özünün həbsinin düzgün olmadığını söyləyib: "Ancaq İlqar Məmmədov məsələsi fərqlidir. Bu şəxs millət vəkillərini, Milli Məclisi təhqir edib. Heç olmasa millət vəkilləri onu müdafiə etməsin".

Millət vəkili Etibar Hüseynov çıxışında Əkrəm Əylislinin "Daş yuxular" romanına toxunub. O deyib ki, müvafiq dövlət qurumları fəxri adlar almış adamların davranışlarını diqqət mərkəzində saxlamalıdır. Etibar Hüseynov təklif edib ki, bununla bağlı Milli Məclisin xüsusi iclasının keçirilsin.

Millət vəkili Sabir Rüstəmxanlı da qeyd edib ki, günahsız insanların həbsdə saxlanılması düzgün deyil və prezidentin çıxışının da mahiyyətinin bu xəttə təşkil edib. O, qanunlara yamaq vurulduğunu vurğulayıb: "Yeri gəlmişkən, biz dəfələrlə müxtəlif məsələlərlə bağlı dövlət orqanlarına müraciət edirik, cavab vermirlər. Tofiq Yaqublu və qızı niyə həbsdə saxlanılmalıdır? Nə olub, ata-bala ölkəni dağıdırlar?! Balaca bir qızı var, atası və bacısının həbsdən azad edilməsi üçün məndən imza istədi".

Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara qoşulur: "Buna uyğun olaraq qanunlara dəyişiklik edilir. Digər tərəfdən, ictimai münasibətlərin inkişafına uyğun olaraq qanunlara dəyişiklik edilməsi zərurəti yaranır. Ona görə də qanunlara yamaq vurulur ifadəsi ilə razı deyiləm".

AzNews.az
Bağla X