06:28
(077) 610-22-33

Zahid Oruc Roma Papasını azərbaycanlı məmurlara örnək göstərdi

  • >
403 15 Fevral 2013 12:03 | Siyasət

Milli Məclisin iclasında millət vəkili Zahid Oruc xalqın mənafeyinə cavab verməyən məmurları istefaya çağırıb.

APA-nın xəbərinə görə, Z. Oruc Roma Papası 16-cı Benediktin 85 yaşında istefa verməsinə toxunub:

"O, 86 yaşında üzünü Allaha tutaraq dedi ki, ola bilər ki, dini ayinləri yerinə yetirəndə düzgün etməmişəm və buna görə də bağışlanmağı xahiş edirəm. Bəzi məmurlar isə elə bilirlər ki, onlar əvəzedilməzdir və ömrü boyu o kresloda oturacaqlar. Onlar 16-cı Benediktdən nümunə götürməlidir. Dövlətin imkansızlara yardım üçün təsis etdiyi ünvanlı sosial yardımı öz şəxsi maraqları naminə istifadə edənlər özlərində cəsarət tapıb istefa verməlidirlər. Onsuz da onlar xalqın hədəfində olan adamlardır. O adamlar istefa versin ki, dövlətin siyasəti davam etsin".

Millət vəkili Azay Quliyev isə deyib ki, dövlət başçısının son müşavirədə söylədikləri hər bir vətəndaşın ürəyində olan fikirlər idi: "Məmurlar vətəndaşlara xidmət etməlidir".

A. Quliyev Azərbaycan-İran sərhəd-keçid məntəqəsində İran məmurlarının Azərbaycan vətəndaşlarını təhqir edib aşağılamasına da münasibət bildirib: "Hətta vətəndaşların keçidini süni şəkildə gecikdirmək üçün kompüteri söndürürlər. Aidiyyaitı orqanlar bu məsələni araşdırmalıdır. İran vətəndaşlarına biz çox hörmətlə yanaşırıq. İran sərhədindəki məmurlar isə Azərbaycana nifrətlə yanaşırlar. Bu məsələ araşdırılmalıdır".

AzNews.az
Bağla X