09:46
(077) 610-22-33

"İndoneziya Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyib" - Səfir

  • >
1 182 3 Avqust 2017 19:36 | Siyasət

"İndoneziya Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək"

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani deyib.

Onun sözlərinə görə, İndoneziya həmişə Dağlıq Qarabağa Azərbaycanın tərkib hissəsi kimi baxıb.

İkitərəfli əlaqələrdən danışan H.B.Fanani Azərbaycan ilə İndoneziya arasında çox sıx əlaqələrin olduğunu söyləyib: "İndoneziya Azərbaycan üçün qardaş ölkədir".

Bundan əlavə, səfir iqtisadiyyat sahəsində də yaxşı əlaqələr olduğunu qeyd edərək İndoneziyanın Azərbaycandan 2,4 milyard dollar məbləğində neft aldığını əlavə edib.

AzNews.az

Bağla X